"Səhnədə elə bir şey edəcəm ki..." - Aygün Kazımova

27 May 2016 16:15 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova həmişəki ənənəsinə sadiq qalaraq, növbəti konsertində də səs-küylü şou vəd edib. 


Movqe.az-ın məlumatına görə, müğənni iyunun 18-də Nabranda "El Faro" istirahət mərkəzində möhtəşəm performans göstərəcək. 


İfaçı şou ilə yanaşı səhnədə həm geyim tərzi, həm saç düzümü ilə yayın ən yaddaqalan konsertini verəcəyini bildirib. 


Bu yaxınlarda Türkiyədə imicini dəyişən A.Kazımovanı səhnədə 10 rəqqas müşayiət edəcək. 


Müğənni konsertdə sürpriz qonaq olacağını da deyib: 


"Tamaşaçılar gözlənilməz ifa, şou görəcəklər. Elə bir şou göstərəcəm ki... İzləyicilər heç vaxt gözləməzdi ki, səhnədə belə bir nömrə olacaq. Yayın ilk möhtəşəm və yaddaqalan şousu olacağını əminliklə deyə bilərəm. 


Üstəlik çoxdandır konsertimi gözləyənlər var, bu onlar üçün də gözəl fürsətdir. Həm dincəlsinlər, həm də əylənsinlər. Bir sözlə rəqqaslarla birlikdə iyunun 18-i Nabranı yerindən oynadacayıq".


Qeyd edək ki, Aygün Kazımova ilə yanaşı səhnədə DJ Roşka da yer alacaq"./axşam.az/