Dördqat Dünya çempionu Rafael Ağayevlə gənclərin görüşü keçirilib

27 May 2016 16:21 (UTC+04:00)

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Korporativ Əlaqələr Departamentinin təşkilatçılığı ilə Azərbaycanın fəxri, karate üzrə dördqat dünya və 13 qat Avropa çempionu Rafael Ağayevlə gənclərin görüşü təşkil olunub.


İlk öncə departament direktoru Hüseyn Babayev Rafael Ağayevin fəaliyyəti haqqında məlumat verib, daha sonra görüşə gələn gənclər onları maraqlandıran suallarla idmançıya müraciət edib.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, səmimi keçən görüşdə idmançı öz təcrübəsindən danışıb, uğura gedən yolun öz üzərində çox çalışmaqdan keçdiyini, qalibiyyətdə sırf fiziki gücün deyil, həmçinin psixoloji hazırlığın da böyük rolu olduğunu qeyd edib.


Qeyd edək ki, ATGTİ müxtəlif gənclərin maraq dairələrini nəzərə alaraq gənclərin dünya görüşünü artırmaq və fərdi inkişafını təmin etmək məqsədi ilə istər incəsənət, istər idman, istərsə də elmi sahədə məşhur mütəxəssillər ilə tələbə gənclərin görüşlərini təşkil edir.