"Real" futbolçuları Benitezin oyun fəlsəfəsinə öyrəşməmişdi"

27 May 2016 18:30 (UTC+04:00)

"Real"ın eks baş məşqçisi kub rəhbərliyinin Benitezi istefaya göndərib əvəzinə Zidana etimad göstərməsini düzgün addım hesab edir. "Kral klubu"nun Çempionlar Liqasında final oynaması Zidanın zəhmətinin nəticəsidir. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Ançelotti vaxtilə köməkçisi işləyən fransalı mütəxəsis barədə fikirlərini bölüşüb."Hər məşqçinin öz futbol ideyaları var. Bu ideyanı həyata keçirmək oyunçulara görə fərqlənir. Bəlkə də, "Real"da Benitezin dönəmində daha xoşbəxt futbolçular vardı. Ola bilər ki, Zidanın rəhbərliyi altında özünü daha rahat hiss edən oyunçular var. Amma Benitezin oyun fəlsəfəsinə futbolçular öyrəşməmişdi. Klub vaxtında başa düşdü ki, Benitezlə oyunçular özünü rahat hiss etmir və onu istefaya göndərdi. Əvəzində, uzun müddət klubda olan və futbolçuların hörmətini qazanmış şəxs baş məşqçi təyin olundu. Zidan fantastik oyunçu olduğundan bu sahədə biliyi çoxdur".