Psixotrop həb satanlar ələ keçdi

28 May 2016 18:30 (UTC+04:00)

Bakıda psixotrop həb satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

Movqe.az  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsi 24-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini Orxan Səfərovdan 5 ədəd psixotrop həb (ekstazi) götürülüb.


Əməliyyat tədbirlərinin davamı olaraq ona həbləri satmış Həsən Həsənov da tutulub və ondan 10 ədəd ekstazi götürülüb.