Xalq artisti Aygün Kazımova yeniliklərindən bəhs edib.
Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni "Star life" verilişinə açıqlamasında bu yay çoxlu konsert verəcəyini deyib:
"Yayda çox konsertim olacaq. İlk konsert iyunun 18-də Nabranda baş tutacaq. Çox sevdiyim bir insanla səhnəni bölüşəcəm".
A.Kazımova şou-biznesdə baş verən qalmaqallardan da söz açıb:
"Nələrsə baş verəndə çalışıram fikir verməyim. Kiməsə sözüm olanda, efirdən cavab vermirəm. Yığıram telefonunu, deyirəm ki, çaşma".