Almaniyada futbol meydançasına ildırım vurması nəticəsində 30 nəfər xəsarət alıb

29 May 2016 11:00 (UTC+04:00)

Almaniyada futbol meydançasına ildırım vurması nəticəsində 30-dan çox insan xəsarət alıb.


Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, xəsarət alanların əksəriyyəti uşaqlardır.


Hadisə uşaq futbol komandalarının oyunu zamanı baş verib. Bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.