36 yaşı var, 24 ölkə və 76 şəhəri gəzib - FOTOLAR

7 Sentyabr 2018 16:12 (UTC+04:00)

36 yaşlı türkiyəli Şennur Aybey 24 ölkə və 76 şəhərə səyahət edib.

Maliyyə müşaviri işləyən Şennur işdən vaxt tapdıqca ölkələrə səyahət etməyə çalışır.

O, səyahət etməyə marağının televiziya kanallarında yayımlanan səyahətə dair verilişlərin böyük təsirinin olduğunu söyləyib.

"Bir gün televizorda gördüyümü yerlərə artıq getməli olduğumu düşündüm. Bir sözlə, çöldə kəşf edilməli olan dünyanın əslində bir təyyarə bileti qədər uzaqlıqda olduğunun fərqinə vardım və səyahətlərə başladım. 
İlk səyahət etdiyim ölkə Amsterdam olub. Oranın çılğın həyatıyla dünyamı rəngləndirməyi bacardım. Sonra Hollandiyanın bir neçə şəhərini gəzib Almaniyaya keçdim. Ümumilikdə, 24 ölkə və 76 şəhərin mədəniyyətinə qarışdım. Avropanın Amerika, Kanada, Çin, Dubay və Kuba kimi populyar dövlətlərini gəzdim".

36 yaşlı qadın getdiyi ölkələr arasında ən çox Kubaya heyran olduğunu bildirib: "Kuba "Nə yaxşı ki, ora getmişəm" dediyim ölkədir. Heç bir ölkəyə çox araşdırma aparıb getmirəm. Amma Kuba üçün çox araşdırmalar etdim. Bu ölkədə siyasi problemlər mütləq var, amma insanlara qarşı ayrıseçkilik yoxdur. Hər uşaq dünyaya dövlətin zəmanəti ilə gəlir, böyüyür, oxuyur və dövlət həmişə atası olaraq qalır. Nə küçəyə atır, nə də ac saxlayır".

Səyahətçi qadın səfərlərə tək çıxmadığını da dilə gətirib: "Tək gəzməyi sevmirəm. Adətən, 2 rəfiqəmlə səyahətlərə gedirəm. Yalnız Amerikaya bir aylıq tək səfərim olub".

Ş. Aybey getmək istəyib də, amma cəsarət edib gedə bilmədiyi ölkənin Hindistan olduğunu deyib: "Bura həqiqətən də getməyi çox istəyirəm, amma beynimdə həmişə suallar var. Hindistan digər ölkələrdən həyat tərzinə görə çox fərqlidir".

O bildirib ki, səyahətlərə çıxmazdan öncə həmişə bilet satan şirkələrin kampaniyalarını izləyir.

(qafqazinfo)