Fərda əsəbiləşdi: "İmkan verin…"
29 May 2016 23:00 (UTC+04:00)
Tanınmış yumorist və aktyor Fərda Xudaverdiyev giley-güzar
eləyib.
Movqe.az big.az-a
istinadla xəbər verir ki, "Top kimi" şousunun
aparıcısı başqasının əməyini mənimsəyən insanlara səslənib:
"Hansısa məkanda çıxış edirsən, yaxud da konsert verirsən, dərhal
gizlin yolla həmin çəkilişi sosial şəbəkədə yerləşdirib, reytinq,
həm də pul qazanmağa çalışırlar. İmkan vermirlər ki, həmin
çəkilişdən özün pul qazanasan. Elə insanlara üzümü tutub demək
istəyirəm ki, heç olmasa, imkan verin biz də Türkiyənin məşhur
aktyorlarının dolanışıq səviyyəsinə çataq, sonra nə istəyirsiniz
eləyin. Zəhmət çəkib, min bir əziyyətlə şirkətlərdən maliyyə əldə
edib, konsert veririk, dərhal çəkib sosial şəbəkdə
yerləşdirirsiniz"./publika.az/