Baş nazirin müavini: Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var

30 May 2016 16:30 (UTC+04:00)

Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var. Movqe.az-ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş deyib.


O bildirib: "Tükiyə əvvəlki kimi bəyan edir ki, Rusiyaya məxsus Su-24 təyyarəsi vurulanda Ankara həmin bombardmançının kimə aid olduğunu bilmirdi".


N.Kurtulmuş ümid etdiyini bildirib ki, Ankara və Moskva dialoq yolu ilə münasibətlərdəki böhranı nizamlaya biləcəklər.