"SOCAR Trading" ONGC ilə anlaşma memorandumu imzalayıb

30 May 2016 17:00 (UTC+04:00)

SOCAR-ın ticarət evi sayılan "SOCAR Trading" Hindistanın ONGC (Oil and Natural Gas Corporation) Videsh Limited şirkətilə anlaşma memorandumu imzalayıb. Bu barədə Trend şirkətin saytına istinadən məlumat verir.


Memoranduma əsasən, tərəflər satışdan gəlirlərin optimallaşdırılması üzrə təcrübə mübadiləsi yolu ilə neft-qaz sahəsində əməkdaşlıq edəcəklər.