Hindistan şirkəti "Azəri-Çıraq-Günəşli" layihəsində payına düşən nefti satır - YENİLƏNİB Böyüt

30 May 2016 20:00 (UTC+04:00)

 Hindistanın "ONGC Videsh Limited" şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇQ) layihəsində payına düşən nefti satmaq niyyətindədir.

 Movqe.az  "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu, "ONGC Videsh Limited" şirkəti ilə SOCAR arasında birgə müəssisə yaradılması ilə bağlı imzalanan müqavilədə əksini tapıb.

 

Müqavilənin detalları açıqlanmır.

 

"Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.

 

Layihənin iştirakçıları BP (35,78%), ABŞ-ın "Chevron" (11,27%), "ExxonMobil" (8,0006%), Hindistanın "ONGC Videsh Limited" (2,72%), Yaponiyanın "Inpex" (10,96%), "Itochu" (4,3%), SOCAR (11,65%), Norveçin "Statoil" (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.