Polis İstanbulun ən böyük parkını nəzarətə aldı

31 May 2016 11:50 (UTC+04:00)

İstanbul polisi Gəzi parkına girişi bağlayıb. Movqe.az-ın  məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verir.


Giriş Gəzi parkında etiraz aksiyalarının üçüncü ildönümü münasibətilə yeni aksiyalar təşkil oluna bilməsi ehitmalı səbəbindən bağlanıb.


Xatırladaq ki, 2013-cü il mayın sonlarında burada başlayan etiraz aksiyaları 3 həftəyə qədər sürmüşdü və hakimiyyət nümayəndələrinin fikrincə, bu aksiyalarda antihökumət xaraketerli çıxışlar, tələblər olmuşdur. Həmin vaxt Türkiyənin müxalifət partiyaları hökuməti nümayişçilərə qarşı polis tərəfindən güc tətbiq edilməsində ittiham etmişdilər.


Aksiyaların ardınca başlayan iğtişaşlarda həmin vaxt 4000 minə yaxın adam müxtəlif dərəcəli xəsarətlər almış, 4,9 min nəfər polis tərəfindən saxlanılmışdı.