Bu məşhura lağ etdilər

31 May 2016 19:30 (UTC+04:00)

Hülya Avşarın bacısı Helin Avşar sosial şəbəkədə gənclik dövrünə aid foto paylaşıb.


Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, fotoda özünə "lağ edib". Şəkli paylaşan Helin şərh olaraq: "Gülməkdən öldüm, qaşlarıma baxın", - yazıb. Lakin bir neçə dəqiqə sonra o, şəkli silməli olub. Buna səbəb isə izləyicilərin artıq-əksik şərhlər yazmaları olub.


Qeyd edək ki, o, fevral ayının 20-də Serhan Bora ilə ailə qurub.