"İmtina et bu sevgidən, ayrılın"

31 May 2016 20:00 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Türkiyənin meqastarı Tarkan Almaniyada konsert verib. 


Movqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, konsertdə çəkilən şəkilləri sosial şəbəkədə paylaşan müğənni sevənlərinə təşəkkür edib.


Konsert zamanı maraqlı anlar yaşanıb. Tarkanın fanatları onun xanımı ilə arasını vurmaq istəyiblər. Belə ki, ön sırada əyləşən qızlar: "Tarkan, çıxart barmağındakı üzüyü, imtina et bu sevgidən, ayrılın", - deyərək qışqırıblar.