Ermənistanda Müdafiə Nazirliyinin 3 yüksək vəzifəli şəxsi həbs edilib

31 May 2016 11:42 (UTC+04:00)

Ermənistanda general Mels Çilingəryan, polkovniklər Mqer Papyan və Armen Marqaryan iki müxtəlif cinayət faktı üzrə həbs ediliblər.


Movqe.az-ın məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibinin rəsmi bəyanatına istinadən "Aravot" qəzeti yazıb.


İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan bəyan edib ki, söhbət aşağı keyfiyyətli tədarüklərdən və bəzi hallarda yüksək qiymətə satışlardan gedir./trend/