"Kara Sevda"nın Asusunu şantaj edən tapıldı

31 May 2016 14:15 (UTC+04:00)

Gözəlliyi ilə Türkiyədə fanat ordusuna sahib olan "Kara sevda" serialında Asu rolunu canlandıran Melisa Aslı Pamuku şantaj edən şəxs həbs olunub. "Miss Turkey 2011" qalibi Aslı Pamuku şantaj edən eks rəfiqəsi imiş. müğənni Elif Atbaş Melisaya "Porno görüntülərin var, rəzil olacaqsan", deyərək ondan pul tələb edib. 


Aktrisa prokurorluğa müraciət edərək rəfiqəsinin onu ölümlə hədələdiyini, kislata tökəcəyini bildirib.


Daha sonra təhdidlərdən qorxan serial qəhrəmanı şikayətini geri götürüb.


Melisa Aslı Pamuk şantajlardan bezərək yenidən İstanbul prokurorluğuna müraciət edib.


Hakim baş tutan məhkəmə prosesində qərar çıxarıb. Qərara əsasən, Elif Atbaşa 9 ay 15 gün həbs cəzası verilib.