Baş nazirin başını kəsmək istəyib
20 Aprel 2012 17:48 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Terror aktlarında 77 nəfəri
öldürən sağçı Norveçli terrorist Anders Behrinq Breivik
yalnız Utoya adasında həyatını itirən 69 adamı deyil, həmin vaxt
adada olan hər kəsi öldürmək istədiyini söyləyib. Onun
adadakı 69 nəfərdən əlavə baş nazir Qro Harlemi də öldürmək
istədiyini söyləməsi məhkəmədə olan hər kəsi çox
təəccübləndirib.
Breivik Köhnə Baş nazir Brundtlandın başını süngüylə kəsmək
üçün plan hazırladığını, həmçinin xarici işlər naziri Jonas
Qahr Störenin də hədəfləri arasında olduğunu deyib.
Breivik Utöya Adasında reallaşdırdığı terror aktından əvvəl
paytaxt Oslodakı hökumət binası yaxınlığındakı bombalı hücumu
necə reallaşdırdığını, bomba istehsalında istifadə edilən vəsaitlər
ilə silahları necə satın aldığını detallı və soyuqqanlı bir şəkildə
izah edib.
O, terror aktlarını həyata keçirərkən Əl-Qaidənin üsullarından
ilhamlandığını söyləyib.
Əfqanə Məzahirqızı