Ember Herd aktrisa Conni Depdən 20 milyon dollar qopartmaq istəyir

31 May 2016 13:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, toydan əvvəl ər-arvad nikah müqaviləsi bağlamadıqlarına görə, indi ayrılanda Kaliforniya qanunlarına görə topladıqları əmlakı bərabər bölməli olacaqlar. Ulduzların toyundan keçən 15 ay ərzində onlar pis qazanmayıblar, bu səbəbdən bölməyə "nə isə" var. Düzdür, əsas qazanan Depp olub: bu dövrdə təkcə çəkildiyi filmlərdən o, 100 milyon dollar əldə edib. 2015-ci ildə Emberin gəliri isə cəmi 383 min dollar olub.Təbii ki, cütlük təkcə qazanmayıb, həm də xərcləyib, lakin hətta aktrisanın xərclərini çıxandan sonra da Herd iri məbləğdə pula – 20 milyon dollara iddia edə bilər.

"Mövqe"