Rusiya Suriyanı bombaladı: 60 ölü

31 May 2016 18:00 (UTC+04:00)

Rusiya Hərbi Hava Qüvvələri Suriyanın İdlib şəhərində xəstəxana və məscidi bombalayıb. Bombardman nəticəsində 60-dan çox mülki şəxs həlak olub.


Movqe.az anspress-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.  


"Suriyada siyasi həll yolunun və atəşin dayandırılmasının tərəfdarı olduğunu söyləyən Rusiyanın bu ölkələri çəkinmədən əzib keçdiyi açıq-aydın görünür. Əsəd rejimi və Rusiyanın ... beynəlxaq ictimaiyyətin qarşısında üzərinə düşənləri yerinə yetirməsini gözləyirik", - deyə Türkiyə XİN-in açıqlamasında bildirilir.


Xarici işlər Nazirliyindən verilən yazılı açıqlamada rus təyyarələrinin İdlib beynəlxalq xəstəxanası, Abrar məscidi və digər mülki vətəndaşların hədəf alındığı bildirilərək kəskin şəkildə qınanılıb.


Açıqlamada 60 nəfər mülki sakinin həlak olduğu, 200-ə yaxın suriyalının isə yaralandığı bildirilib.


Reuters-in məlumatına görə, Rusiya bu iddiaları təkzib edib.


Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov yayılan xəbərlərə açıqlama verib.