Cinsi istismara məruz qalan qadınlar, zorla evləndirilən körpələr

31 May 2017 09:30 (UTC+04:00)

Mərkəzi Avstraliyada olan "Valk Fri" Vəqfi  2016-cı ilin Qlobal Köləlik indeksini açıqlayıb.

Movqe.az bildirir ki, indeksin hazırlanması üçün 167 fərqli ölkədə 53 dildə 42 min görüş keçirilib.

İndeksə görə, insan alveri, məcburi əmək, borc əsarəti, məcburi evlilik və cinsi istismar yolu ilə kölələşdirilən 45,8 milyon adamın üçdə ikisi Asiya-Sakit okean bölgəsində yaşayır.

Ən çox kölə Hindistanda var

İki il əvvələ qədər köləliyin 28% artdığı Hindistanda hazırda 18,3 milyon adam köləliklə mübarizə aparır. Hindistandan sonra 3,9 milyon köləylə Çin, 2.1 milyon kölə ilə Pakistan gəlir. Banqladeş 1,5 milyon ilə dördüncü, Özbəkistan da 1,2 milyon kölə ilə beşinci sırada iştirak edir. İndoneziyada 736 min, Myanmarda 515 min və Malayziyada isə 129 min adamın kölə olduğu ifadə edilir.

İndeksə görə, ən çox köləlik nisbətinin görüldüyü ölkə isə Şimali Koreyadır. Şimali Koreya əhalisinin yüzdə 4,37 %-i kölə olaraq yaşayır.