Bu bacılar hörükləri sənət əsərlərinə döndərirlər

1 İyun 2016 13:00 (UTC+04:00)

Norveçin Matisdalen şəhərində yaşayan Linda və Mia Şarlott Sonvis Bex bacıları sosial şəbəkələrdə, xüsusilə də İnstagram-da və YouTube-da sürətlə məşhurlaşırlar.

24 yaşlı Linda ilə 14 yaşlı Mina çox incəliklə, ustalıqla hörüklər hörürlər.

Movqe.az bildirir ki, onların hörükləri əsl sənət əsərləridir.

Bacılar sosial şəbəkələrdə "Aurora Braids" kimi tanınırlar. Onların İnstagramdakı profillərinin daimi təqibçilərinin sayı 205 min nəfərə çatıb./milli.az/