Məşhurların uşaqlarına bayram təbriki - FOTOLAR

1 İyun 2016 17:22 (UTC+04:00)
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tanınmış müğənnilər və aparıcılar övladlarının fotolarını paylaşaraq təbriklərini yazıblar.

Movqe.az xəbər verir ki, axşam.az tanınmış simaların övladları haqda yazdıqlarını bir araya toplayıb: 

Əməkdar artist Röya Ayxan: "Yer üzündə olan bütün uşaqları təbrik edirəm. Oğlum Hüseynin simasında hamısına uğur, uzun ömür, can sağlığı diləyirəm. Allah heç vaxt onları sınaqdan keçirməsin. Bayramınız mübarək, bizim gələcəyimiz olan varlıqlar".
Məşhurların uşaqlarına bayram təbriki - FOTOLAR
ATV-nin aparıcısı Lalə Azərtaş: "Öz mələklərimin simasında bütün balacalarımızı təbrik edirəm. Allahım, balalarımızı qoru. Olmayanlara da yaxın zamanda bala dadı daddır. Kimsəsiz uşaq qalmasın. Xoşbəxt olun balalar". 
Məşhurların uşaqlarına bayram təbriki - FOTOLAR
Müğənni Gülay Zeynallı: "Balam Sahilənin simasında bütün uşaqların bayramı mübarək. Allah hamısının bəxtini, taleyini gözəl etsin. Sizləri öpürəm, bizim gələcəyimiz". 
Məşhurların uşaqlarına bayram təbriki - FOTOLAR
Müğənni Elvin Abdullayev: "Bütün uşaqları, eləcə də öz balam Tuncayı təbrik edirəm. Hər biri layiqli övlad olsun, sağlam şəkildə böyüsünlər. Arzu edirəm ki, vətənə layiqli olsunlar. Bayramınız mübarək olsun".
Məşhurların uşaqlarına bayram təbriki - FOTOLAR
Aparıcı Aytəkin Mərdanova: "1 İyun bütün balalarımızın günüdür. Fərid və Nərgiz, gününüz mübarək". 
Məşhurların uşaqlarına bayram təbriki - FOTOLAR
Aşıq Samirə Əliyeva: "Arzu edirəm ki, biz valideynlər övladlarımızın sağlam, savadlı, xoşbəxt böyüməsinə nail olaq. Nə yaxşı ki, varsınız. Allah hər bir evə bala payı versin". 
Məşhurların uşaqlarına bayram təbriki - FOTOLAR
Müğənni Xatirə İslam: "Allah bütün balaları saxlasın, içində də mənim Emilimi. O, mənə Allahın ən böyük, gözəl hədiyyəsidir. Ona görə Allahıma gündə milyon dəfə təşəkkür edirəm".
Məşhurların uşaqlarına bayram təbriki - FOTOLAR
Aparıcı Vüsalə Əlizadə: "Bütün dünya uşaqlarının sülh, əmin-amanlıq içində, xoşbəxt yaşamalarını istəyirəm. Uşaqlar dünyadır, çalışaq bu aləm gözəl olsun. Mənim qızım Dilək seçilmiş, xoşbəxt uşaqdır. Çünki o böyük sevgi ilə dünyaya gəlib, onun üçün bir ananın edə biləcəyi fədakarlığı ilk gündən etmişəm. Hər zaman canımı da verməyə hazıram".
Məşhurların uşaqlarına bayram təbriki - FOTOLAR