Dənizin dibindən ilk siqnal gəldi - Sirr pərdəsi açılır

2 İyun 2016 09:00 (UTC+04:00)

"Egyptair" aviaşirkətinin "Airbus A320" təyyarəsindən gələn siqnalı təxminən iki həftə almaq mümkün olub.


Movqe.az publika.az-a istinadən bildirir ki, siqnal Fransa gəmisi tərəfindən alınıb.

 

Aralıq dənizinin dərinliklərindən alınan siqnalın təyyarənin "qara qutu"sundan çıxdığı təxmin edilir. Misirli səlahiyyətlilər dənizin dibindən gələn siqnalın "qara qutu"ya aid olduğunu düşünürlər.

 

Qeyd edək ki, Parisdən Qahirəyə uçan "Egyptair" aviaşirkətinin "Airbus A320" (MS804 reysi) təyyarəsi mayın 19-da Yunanıstan hava məkanından çıxandan sonra radarlardan itib. Təyyarə Yunanıstan Karpatos adalarından 240-260 kilometr cənubda dənizə düşüb. Onun göyərtəsində 10 ekipaj üzvü olmaqla 66 nəfər var idi.

 

Təyyarə qəzasının səbəbi məlum olmasa da, müəyyən ehtimallar səslənir. Ən yüksək ehtimal isə təyyarənin terror aktının qurbanı olmasıdır. "Amaq" xəbər agentliyi (İŞİD terror təşkilatının media sözçüsü vəzifəsini daşıyır - red.) "Twitter" hesabından yaydığı açıqlamasında hadisəyə görə məsuliyyəti İŞİD-in üzərinə götürdüyünü bildirib.