Kommunal xidmətlər yayın sonundann "ASAN" kommunal Mərkəzlərində...

2 İyun 2016 11:18 (UTC+04:00)

""ASAN Kommunal" mərkəzlərinin yaradılması ilə bağlı intensiv işlər aparılır". Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.  İ.Kərimov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən "ASAN Kommunal" mərkəzləri çox qısa müddət ərzində təhvil verilməlidir: "Hesab edirəm ki, avqust ayı ərzində "ASAN Kommunal" mərkəzləri təhvil veriləcək". 

Onun sözlərinə görə, artıq potensial yerlər müəyyən olunub və bu yerlərdə hazırlıq işləri aparılır. İ.Kərimov bildirib ki, yayın sonunda vətəndaşlarımız "ASAN Kommunal" mərkəzlərindən istifadə edəcəklər.