Daha bir xəstə özünü xəstəxana binasından atdı

2 İyun 2016 11:54 (UTC+04:00)

Bakıda intihar hadisəsi baş verib. Movqe.az-ın məlumatına görə, Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb. Xəstəxanada müalicə alan Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Qoşqar İsrail oğlu Əsgərov özünü xəstəxananın 5-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, analoji hadisə dünən Balakən rayonunda da qeydə alınmışdı. Balakən Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov özünü 2-ci mərtəbədən atmışdı.