Bakı-Qazax yolunda qəza

2 İyun 2016 12:08 (UTC+04:00)

Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtomobildə olan sərnişin Şəmkir rayon sakini, 35 yaşlı Ceyhun Allahverdiyev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (APA)