Bakıda 83 min dollarlıq dələduzluq

2 İyun 2016 12:19 (UTC+04:00)

Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq edilib. Movqe.az-ın xəbərinə görə, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Rüfət Hacıyev polisə ərizə ilə müraciət edərək Çingiz Kəngərli adlı şəxsin onu aldadaraq 83 min ABŞ dollarını mənimsədiyini bildirib. Daxilolan şikayət əsasında araşdırmalara başlanıb.