Bakıda adam oğurluğuna növbəti cəhd

2 İyun 2016 12:53 (UTC+04:00)

Bakıda silahlı hücum olub. Movqe.az APA-ya istinadən bildirir ki, hadisə Azadlıq prospekti 28 ünvanında qeydə alınıb. Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Mövsüm İlham oğlu Rəhimov özünə məxsus "Lada Kalina" markalı, 10 UM 279 dövlət nömrə nişanlı maşında bacısı, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova ilə birlikdə olarkən "Lexus" markalı avtomobillə onlara yaxınlaşan naməlum şəxs tapança çıxararaq onları hədələyib və Vüsaləni özü ilə aparmaq istəyib. Səs-küy yarandığı üçün məqsədinə nail ola bilməyən həmin şəxs ərazini tərk edib. Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.