Xoşqədəm Hidayətqızı: "Bu sevgini hər kəs başa düşmür"

2 İyun 2016 12:44 (UTC+04:00)

"Sən demə, tək eşq mahnılardakı deyilmiş. Başqa bir eşq, körpə sevgisi də var imiş. Çox təəssüf ki, bu sevgini hər kəs başa düşmür. Görəsən, körpələrini küçələrə atan analar niyə bu sevgidən məhrum olublar?"

Movqe.az-ın məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Əkizləri və həyat yoldaşı Doğuşla fotosunu paylaşan aparıcı oğlunun birinin özünə bənzədiyini qeyd edib.  

Qeyd edək ki, Xoşqədəm və Doğuş əkizlərinə Arda Aslan və Arın Aras adını qoyub.