Azərbaycanda dəhşət: ahıl ər-arvad evində öldürüldü

2 İyun 2016 13:24 (UTC+04:00)

Ötən gün saat 09:00 radələrində Gədəbəy rayon Söyüdlü kənd sakinləri 1942-ci il təvəllüdlü Səyyad Ələsgərov və arvadı 1928-ci il təvəllüdlü Bəsti Alıyevanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkarlanıb. Bu barədə Gədəbəy Rayon Prokurorluğundan Lent.az-a məlumat verilib. Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci ( iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq əməliyyat tədbirlər davam etdirilir.