Külli miqdarda siqaret müsadirə edildi

2 İyun 2016 14:06 (UTC+04:00)

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Kazan-Bakı reysi ilə Rusiyadan Azərbaycana gələn avtobusa gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş 10 000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.