Bakıda qadını maşınla vurub qaçdılar

2 İyun 2016 15:29 (UTC+04:00)

Bakıda naməlum avtomobil qadını vurub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 1-də saat 22 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Günel İbadova vurulub və o, xəstəxanaya yerləşdirilib. 

Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.