Əməkdar artist: "Özümü Füzulinin qızı hesab edirəm"

2 İyun 2016 17:04 (UTC+04:00)

Əməkdar artist Lalə Məmmədova filologiya üzrə fəlsəfə doktoru namizədlik dissertasiyasını müdafiə edib. Movqe.az-ın məlumatına görə, müğənni ANS TV-yə açıqlamasında bunun üçün uzun vaxt sərf etdiyini bildirib: "8 il ərzində çəkdiyim bütün əziyyətlərə dəyəcək şərəfli yol idi. Müdafiə ərəfəsində çox oxudum və daxilən o qədər zənginləşdim ki... Elm nurdur və işıqdır. Bunu musiqiyə qarışdırmaq istəmirəm. Amma dərinə getsək, bu işin bir qolu musiqiyə gəlib çıxır. Mənim ifa etdiyim "Leyli və Məcnun" operası Füzulinin "Leyli və Məcnun" və "Divan" əsərlərindən götürülmüşdü. Həmişə deyirəm ki, mən özümü də Füzulinin mənəvi qızı hesab edirəm. Leylini oynamamışam, onu yaşamışam".