Nigar Camal Sevda Yahyayeva arasında qalmaqal

2 İyun 2016 16:13 (UTC+04:00)

Müğənni Sevda Yahyayevanın "Hadi ordan" mahnısını Amerikada aranjman etdirməsi "Eurovision 2011"qalibi Nigar Camal tərəfindən qınanıb. Movqe.az-ın məlumatına görə, N.Camal bildirib ki, Amerikada yaşayan aranjmançı heç vaxt bizim mahnıları anlaya bilməz. O, Sevdanın bu addımının absurd olduğunu deyib. S.Yahyayeva isə ANS TV-yə açıqlamasında həmkarının bu sözlərini normal qarşıladığını bildirib: "Sual Nigar Camala düzgün ünvanlanmadı. Ona deyildi ki, mahnı Amerikada aranjman edilib. Əslində mahnı Türkiyədə aranjman olunub. Mahnının son tamamlama işləri Amerikada aparılıb. Nigar Camal maraqlı xanımdır. Gördüyü işlər də zövqlüdür. Çalışır keyfiyyətli layihələr təqdim etsin. Bu onda gözəl alınır".