Türkiyə Almaniyadakı səfirini geri çağırdı - Qalmaqal

2 İyun 2016 16:06 (UTC+04:00)

Almaniya Bundestaqı tərəfindən qondarma `erməni soyqırımı` ilə bağlı qətnamə qəbul edildikdən sonra Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu Ankaraya geri çağrılıb.  Bu barədə Movqe.az Türkiyənin KİV-ə istinadən xəbər verir. Xatırladaq ki,bu gün Almaniya Bundestaqı qondarma `erməni soyqırımı` ilə bağlı qətnaməni qəbul edib. Alman deputatlardan biri nəfər qətnamənin əleyhinə səs verib, bir deputat isə bitərəf olub. Xatırladaq ki, qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanır.