10 min türk Almaniya Bundestaqını mühasirəyə aldı

2 İyun 2016 19:30 (UTC+04:00)

Berlində Almaniya Bundestaqının müzakirəyə çıxardığı "erməni soyqırımı" layihəsinə qarşı etiraz aksiyası keçirilib. Türk dərnəklərinin təşkil etdiyi yürüşə 10 min nəfər aksiya iştirakçısı qatılıb. Təşkil olunan aksiya Bundestaqın yaxınlığında yerləşən tarixi Brandenburq qapıları öündə baş tutub.

Etiraz aksiyasında almanca "Türkiyə alman siyasətçilərinin "günah keçisi" deyil", "Nifrət və intiqamın yerinə sülh", "Parlamentlər məhkəmə, siyasətçilər hakim deyil" şüarları səslənib.

Almaniyada yaşayan Azərbaycan, Fələstin, Misir, Suriya cəmiyyətləri də aksiyaya dəstək veriblər.

TGB dərnəyi rəhbəri Bəkir Yılmaz etiraz aksiyasına müxtəlif yerlərdən, ayrı-ayrı dünyagörüşlü insanların toplaşdığını deyib. Bəkir Yılmaz bildirib ki, qondarma soyqırımı ilə bağlı qanun layihəsi türklərin alman cəmiyyətinə duyduğu etimadı zədələyəcək.