İstanbul-Kiyev aviareysi sərnişinin “bomba” sözünə görə gecikdi

2 İyun 2016 20:00 (UTC+04:00)

Bu gün İstanbulun Atatürk hava limanından Kiyevə yola düşməyə hazırlaşan "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin uçuşu ləngiyib.Movqe.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sərnişinlərdən biri təyyarəyə minərkən tanışı ilə söhbətində bildirib ki, sabah Kiyevə uçan təyyarəyə bomba qoyulacaq. Söhbəti eşidən sərnişinlərdən biri bu barədə hava gəmisinin komandirinə məlumat verib. Təlimata uyğun olaraq, ekipaj uçuşun təxirə salınması barədə qərar verib.

Təyyarənin 90 sərnişini yenidən terminala təxliyyə edilib və mütəxəssislər təyyarənin göyərtəsində axtarış aparıblar. Partlayıcı maddə tapılmadığına görə bir müddət sonra təyyarə gecikmə ilə Kiyevə istiqamət götürüb.