Məmmədyarov Rüstəmovun müşaviri təyin edildi

2 İyun 2016 17:17 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub. Movqe.az Report-a istinadən xəbər verir ki, AMB sədri Elman Rüstəmov Əliyar Məmmədyarovu özünə müşavir təyin edib. AMB sədrinin digər müşaviri isə Abdulla Məlikaslanovdur. Qeyd edək ki, Ə.Məmmədyarov bundan əvvəl AMB-nin ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə Nəzarət Departamentinin direktoru olub. Departamentin ləğvinə səbəb isə onun funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsidir.