Nicat Rəhimov festivalın qalibi oldu

2 İyun 2016 17:39 (UTC+04:00)

Bu il Azərbyacanı festivalda təmsil edən gənc vokalçı Nicat Rəhimov qalibiyyətlə vətənə qayıdıb. Movqe.az xəbər verir ki, Ufada 18-ci "Ural mono -2016" türk gəncləri müsabiqə-festivalı baş tutub. Müsabiqədə Azərbaycanı vokalist Nicat Rəhimov, çalğıçılar Mədinə Şahgəldiyeva və Aygül Həsənova təmsil ediblər. Festivalda Nicat Rəhimov birinci yerə layiq görülüb.  Müsabiqədə 5 türkdilli ölkə və Rusiyanın 9 regionundan olan 56 istedadlı ifaçı öz məharətini göstəriblər. Münsiflər heyətinin tərkibinə sədr Ural İdelbaev (Başkorstan), münsiflər heyətinin üzvləri - Azamat Mukatov (Qazaxıstan), İsmət Zaatov (Krım), qırğızıstanlı aktrisa Ayçerik İmanalieva, Azamat Mukatov (Qırğızıstan), Mənsur Taşmatov (Özbəkistan), tanınmış Azərbaycan müğənnisi Roza Zərgərli və başqaları daxil edilib. Qeyd edək ki, Festival Rusiya Mədəniyyət Nazirliyi, Rusiya Xalq Yaradıcılığı Evinin dəstəyi ilə "Rusiya Mədəniyyəti" federal məqsədli proqram çərçivəsində keçirilir.