"Anam deyir ərə getmə" - Səmra anasını ifşa etdi

2 İyun 2016 18:29 (UTC+04:00)

"Eurovision 2016" təmsilçimiz Səmra Rəhimli yenə açıqlaması ilə gündəmə gəlib. Movqe.az xəbər verir ki, o, ailə quracağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Bu barədə ifaçı "V element" verilişində danışıb: "Müsabiqəyə gedəcəyimlə bağlı xəbərlər yayılanda dostlarımın mesajlarının ardı-arası kəsilmirdi. Hamı deyirdi ki, sən o birilər kimi olma, ərə getmə, karyeranı davam etdir. Hər kəsin öz seçimi, qisməti var. Heç kəs bilmir ki, sabah nə baş verəcək. Anam da deyir ki, ərə getmə. O, hər zaman yanımda olur".