Bülənt həbs olunur

3 İyun 2016 11:17 (UTC+04:00)

Məşhur müğənni Bülent Ersoy məhkəmədə şübhəli şəxs qismində ifadə verib. Movqe.az  xTürkiyə mətbuatına istinadən xəbər verir ki,  "Söylemezsem Olmaz" verilişinin aparıcısı Lərzan Mutlu Bülent Ersoyu məhkəməyə verib. Buna səbəb Bülent Ersoyun bir müddət əvvəl vəfat edən rəfiqəsi Oya Aydoğanın "Söylemezsem Olmaz" verilişində birlikdə çalışdığı Lərzan Mutlu ilə problem yaşadığı və onun incitdiyi üçün Lərzan haqqında tənqidi sözlər səsləndirməsi olub.    Bülent Ersoy prokurorluqda bir saat ifadə verib və şikayəti qəbul etməyib: "Kimisə təhdid edən insan deyiləm. "Lazım olarsa proqramına gedərəm" sözünü təhdid üçün deməmişəm". Bülent Ersoy bir müddət əvvəl  mətbuata açıqlamasında bunları qeyd edib: "Lerzan Oyanın qəlbini qırıb, ona hiyləgər deyib. Lərzanın canlı yayımına gedərəm".