Danimarkalı fanatının Səmradan istəyi: "Heç olmasa bir gün..."
3 İyun 2016 19:30 (UTC+04:00)
"Evrovision 2016"da Azərbaycanı təmsil edən Səmra
Rəhimliyə xoş sözlər yazan fanatları da az deyil. Movqe.az
big.az-a istinadən xəbər verir ki,
ifaçının danimarkalı fanatı hətta arzu edir ki, Səmra bir günlük də
olsa onun həkimi olsun. Bu barədə S. Rəhimli özü məlumat
verib:
"Bu gün mənim danimarkalı fanatım əməliyyata
gedir. Və yazır ki, mənim videolarım və mahnım ona bu haqda
düşünməyə kömək edir. Arzu edir ki, düzəltdiyi şəkildədki kimi
sabah həkimi mən olum. Bütün dualarım səninlədir. Allah sizin kimi
insanları mənim həyatımdan əskik etməsin və mən musiqimlə hər zaman
sizin yanınızda olum. Çox sevinirəm ki, mənə bu qədər dəyər verən
insanlar var".