Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib

3 İyun 2016 12:10 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib. Bu barədə Movqe.az trend-ə  istinadən məlumat verir.


E.Nalbandyan Minsk qrupunun həmsədrləri ilə atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmlərinin yaradılması və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin komandasının genişləndirilməsi üzrə vasitəçilərin təkliflərinin detallarını müzakirə edib.