"Qarabağ"ın futbolçusu Reynaldo Silva Braziliyada qəzaya düşüb.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, hücumçu şəxsi "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkətdə olarkən, motosikli vurub. Nəticədə motosikl sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir.
Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Hadisə baş verən vaxt futbolçu içkili olmayıb.
Reynaldo "Qarabağ"da 2013-cü ilin qışından çıxış edir.