Xəzərdə yeni liman tikilir

3 İyun 2016 16:00 (UTC+04:00)

"Qazaxıstan Xəzər dənizində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bənzər yeni liman tikir".


Movqe.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda jurnalistlərə Qazaxıstanın Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədr müavini Qosman Amrin deyib.


Onun sözlərinə görə, Aktau yaxınlığında tikilən yeni Kurık limanı Ələt limanına bənzər olacaq.