Qızlar rəfiqələrini lüt şəkilləri ilə şantaj edib, pulunu aldılar

3 İyun 2016 14:06 (UTC+04:00)

Antalyada rəfiqələrini çılpaq şəkillərini yaymaqla təhdid edərək telefonunu satdırıb pulunu alan 3 məktəbli qız polis tərəfindən saxlanılıb.


Movqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, dələduzlar qızı məcbur edərək 300 türk lirəsi (təxminən 150 manat ) pulunu alıblar. Qızlar şəkilləri zərərçəkənin sevgilisinin telefonunda gördüklərini deyiblər.