Kişi keçmiş arvadına qayçı ilə xəsarət yetirdi

3 İyun 2016 14:40 (UTC+04:00)

Xırdalan şəhərində həyat yoldaşına qarşı cinayət törədən kişi həbs edilib.Movqe.az   teleqraf.com-a istinadən  xəbər verir ki, hadisə mayın 31-də baş verib.  Xırdalan şəhərində şəhər sakini Ramazan Dünyamalıyev münaqişə zəminində keçmiş arvadı Şəbnəmə qayçı ilə xəsarət yetirib və hadisə yerini tərk edib.  Ramazan Dünyamalıyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutularaq Abşeron rayon Polis İdarəsinə təhvil verilib.