Məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı ixtisaslar üzrə olduğu açıqlanıb

3 İyun 2016 16:18 (UTC+04:00)

Təhsil Nazirliyi orta məktəblərdəki vakant müəllim yerlərinin daha çox hansı ixtisaslar üzrə olduğunu açıqlayıb.


Movqe.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, 2016-2017-ci tədris ili üçün müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə 3091 vakant yer təqdim olunub. Vakansiyaların 563-ü Bakı şəhərini, digərləri isə bölgələri əhatə edir. İbtidai sinif, kimya, biologiya və fizika fənləri üzrə vakansiyalar üstünlük təşkil edir.


Qeyd edək ki, iyunun 1-dən Azərbaycanda müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üzrə elektron ərizə qəbuluna başlanılıb.


Müəllimlərin işə qəbulu üzrə ərizə qəbulu iyulun 1-dən 17-dək aparılacaq./trend/