Biz nə üçün gülümsəyirik?

3 İyun 2016 17:05 (UTC+04:00)

Gülümsəmə yer üzündə hər bir şəxsin sənətindən, yaşından və sosial statusundan asılı olmayaraq tətbiq etdiyi "üzün özünəməxsus mimik dili"dir. İnsanın ilk gülümsəməsi dünyaya gəlişinin 35-ci  günü baş verir və 40 yaşınada artıq o, 20-dən çox müxtəlif gülümsəmə formalarından istifadə edir.

Gülümsəyən insan 15-dən artıq əzələdən istifadə edir. Sadə gülümsəmə zamanı insanın sadəcə dodaqları gərilir və minimum sayda əzələlər iştirak edir, amma canlı və əsil gülümsəmədə göz qapağına qədər əzələlərin hamısı fəaliyyətdə olur.

6 gülümsəmə növü mövcuddur:

1. Səbəbkar gülümsəmə -  xəcalət çəkəndə vəya utananda meydana gəlir və peşmançılığı ifadə edir.

2. İnamlı gülümsəmə - çətinlikləri gülümsəyərək qarşılayan sixoloji güclü adamlarda baş verir. Bu, müsahibə müsbət təsir edir və ilk tanışlıq yaxud ünsiyyət üçün körpü rolunu oynayır.

3. Nəzakətli - əsasən tanış olmayan adamla görüşdə baş verir və insanları yaxınlaşdırır.

4. Müdafiə - daxili həyəcan və təcavüz zamanı baş verir. Bunun köməyilə insanlar təmkinlərini qoruyur, sakitləşir və özlərini pis tərəfdən göstərməməyə çalışırlar.

5. Valehedici – insan kiminsə xoşuna gəlmək istəyəndə və inam təlqin edəndə baş verir.

6. Birləşdirici gülümsəmə - tanış hadisənin yaşanmasıdır. İnsanlar arasında qarşılıqlı anlaşmaya zəmanətdir.

Ən başlıcası isə, əgər insanlarda inam yaratmaq istəyirsinizsə, ürəkdən gülümsəyin, onda hər kəsdə xeyirxahlıq və anlaşılma oyadacaqsınız.