Əfsanəvi Məhəmməd Əli vəfat edib

4 İyun 2016 13:05 (UTC+04:00)

Tənəffüsündə yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu Məhəmməd Əli cümə günü 74 yaşında ABŞ-da vəfat edib. Movqe.az goal.az-a istinadən   xəbər verir ki,  Əli son bir neçə günü yatdığı Finkis şəhəri (Arizona ştatı) xəstəxanalarından birində dünyasını dəyişib. İdmançının ailə üzvlərindən biri boksçunun ölüm xəbərini Amerika telekanalına təsdiq edib.